BXA-nın müəllimləri Kürdəmirdə ustad dərsləri keçiblər

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) mütəxəssisləri tərəfindən Kürdəmir rayonunun uşaq incəsənət məktəbləri, mədəniyyət evləri və klublarında çalışan xoreoqraflar və şagirdlər üçün ustad dərsləri keçirilib. SİA-nın məlumatına görə, ustad dərslərini BXA-nın müəllimləri, Əməkdar artist Tamella Əliyeva və Prezident təqaüdçüsü Zəminə Quliyeva keçiblər.

Əvvəlcə Regional İdarənin Füzuli, Xocavənd, Beyləqan, İmişli və Kürdəmir rayonlarından olan aidiyyəti işçilərlə müəllimlərin işgüzar görüş keçirilib. Daha sonra isə Akademiyanın peşəkar müəllimləri tərəfindən xüsusi innovativ proqram üzrə dərslər keçirilib. Böyük maraqla qarşılanan ustad dərsləri interaktiv şəkildə təşkil olunduğu üçün iştirakçıların bütün sualları cavablandırılmış, yerlərdə tədris prosesinə cəlb olunan müəllimlərə əməli və metodiki tövsiyələr verilib.

Qeyd edək ki, 2015-ci ildən başlayaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Bakı Xoreoqrafiya Akademiyasının mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının şəhər və rayonlarında xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi, uşaq incəsənət məktəblərinin xoreoqrafiya şöbələrində tədrisin keyfiyyətinin habelə xoreoqrafiya sənətinin təbliğ edilməsi məqsədilə şəhər və bölgələrdə ustad dərsləri təşkil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə