Heydər Əliyevə həsr edilmiş yazı müsabiqəsi keçirilib FOTO

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, “Sən elə bir zirvəsən” adlı məqalə müsabiqəsi respublikada fəaliyyət göstərən bütün Heydər Əliyev Mərkəzlərinin elmi işçiləri arasında təşkil olunub.

Müsabiqənin qalibləri münsiflər heyətinin qərarı ilə Neftçala rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Əliyeva Gülay Mübariz qızı 1-ci yerə, Qusar rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Kazımzadə Fidan Rafiq qızı 2-ci yerə, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Ağayeva Xanım Qalib qızı isə 3-cü yerə layiq görülüb.

Qaliblər diplomlar və “Heydər Əliyev və Ağcabədi” adlı kitablarla mükafatlandırılıb.

Müsabiqə cari ilin 8 dekabr tarixində sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə