Heydər Əliyevin unudulmaz xatirəsinə həsr olunan anım tədbiri keçirilib FOTO

Azərbaycan Turizm və Menecment Universitetində Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ATMU-nun rektoru İlham Mədətov qeyd edib ki, 15 il əvvəl,Azərbaycan xalqı hüznlü anlar yaşadıb. Qədirbilən xalqımız bütün şüurlu həyatını Vətənin tərəqqisinə, inkişafına həsr edən Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu xəbəri ilə sarsılıb. Həmin tarixdən illər keçsədə dünyanın hər yerində dekabr ayının 12-ı Ulu Öndərin anım günü kimi hörmətlə, məhəbbətlə qeyd edilir. İ.Mədətov diqqətə çatdırıb ki,1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçildikdən sonra həmin mərhələ quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşüb. Fəxrlə deyə bilərik ki, Ümummilli Lider hələ Sovet dönəmində böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə zəmin yaradıb.

Deməli, vətənsevər insanları,iqtisadi potensialı, əlverişli geostrateji mövqeyi, zəngin mədəniyyəti və ənənəvi tolerantlığı ilə diqqətçəkən müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Rektor çıxışının sonunda deyib ki, ali təhsil müəssisəsi kimi təhsil, elm, peşəkar kadr hazırlığı sahəsində fəaliyyətimizi ümummilli liderin hərtərəfli zəngin irsinə layiq davam etdirməliyik.

Anım mərasimində ATMU-nun” Xidmət mühəndisliyi” fakültəsinin dekanı Sevda Vəzirova,”İctimai fənlər” kafedrasının müdiri İbrahim Əliyev, “Heydər Əliyev lektoriyası”-nın rəhbəri Məhərrəm Zülfüqarlı ədədi lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərin miqyası, həyata keçirdiyi mühüm layihələrin uğurlu icrası, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsi prosesindəki saysız xidmətlərini detallı şərh ediblər.

Tədbir Ümummilli Liderə həsr olunan videoçarxın nümayişi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə