"Fəxri ada layiq görüldüyüm üçün sevincliyəm, kənarda qalmadım" AÇIQLAMA

Prezident İlham Əliyev tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov da fəxri ada layiq görülüb. SİA-ya açıqlama verən aktyor sevincini dilə gətirib: "Çox sevincliyəm ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmət göstərilən aktyorlar arasında mən də fəxri ada layiq görüldüm, kənarda qalmadım. Hər bir aktyor ona dəyər verilməyini gözləyir. Bildiyiniz kimi, mən həm də Kalmıkiyanın əməkdar artistiyəm. Mən bu ölkənin fəxri adına layiq görüləndə sevincimi yaşaya bilməmişdim. Çünki anam rəhmətə getmişdi. Bu gün isə Azərbaycanın əməkdar artisti adına layiq görüldüyüm üçün sevincimi doya-doya yaşayıram. Məni fəxri ada layiq görən Cənab Prezident İlham Əliyevə dərin təşəkkürlərimi bildirirəm. Çox sevincliyəm ki, iki ölkənin əməkdar artistiyəm. Namizədliyimi irəli sürən Mədəniyyət naziri Əbülfəs Qarayevə və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Nahidə İsmayılzadəyə minnətdaram".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə