"Dövlət Başçısı hər zaman mədəniyyət sahəsində çalışanlara dəstək verir" AÇIQLAMA

Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Fəxri ad alanlar arasında aktrisa Nübar Novruzova da var.

Xalq artisti SİA açıqlama verərək təəssüatlarını bölüşüb: "Bildiyiniz kimi, bir neçə gün bundan öncə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 60 yaşım böyük təntənə ilə keçirildi. Ardınca Cənab Prezident İlham Əliyev məni "Xalq artisti" adına layiq gördü. Mədəniyyət və incəsənət adamlarına dəyər veriləndə bu yaradıcı insanı ruhlandırır. Biz teatr adamlarının canı tamaşalardakı rollardadır. Mən bir gün olsa belə teatrsız yaşaya bilmərəm. Dövlət Başçısı İlham Əliyevə məni 60 yaşımda fəxri ada layiq gördüyü üçün təşəkkür edirəm. Namizədliyimi irəli sürən Mədəniyyət naziri Əbülfəs Qarayevə və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Nahidə İsmayılzadəyə minnətdaram".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə