"Müsyö Jordan və Dərviş Məstəli şah”a ictimai baxış olub FOTO
Füzuli Dövlət Dram Teatrında 2018-ci ilin repertuarında olan M.F.Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşasına ictimai baxış olub. SİA teatrdan verilən xəbərə görə, əməkdar artist Asif Şirinovun quruluşu əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.
Tamaşada əsas rollarda Qaçaq Qarayev, Habil Hacıyev, Sevinc Məmmədova, İntizar Quliyeva, Elşən Gözəlov və başqaları çıxış edib.
Məlumat üçün bildiririk ki, , teatrda yeni il münasibətilə təşkil olunmuş "Qış möcüzəsi” adlı şou-proqramın 15 dekabr 2018-ci il tarixindən rayonun işğaldan azad olunmuş kənd və yeni salınmış qəsəbələrində nümayiş olunması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə