Vaqif Əsədov Prezidentin fəxri diplomu ilə təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Vaqif Əsədovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Vaqif Firudin oğlu Əsədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

Qeyd edək ki, Azərbaycanın görkəmli teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2006), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, ssenari müəllifi, aktyor Əsədov Vaqif Firudin oğlu 5 aprel 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indi ki,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb.V.Əsədov hələ aktyor kimi işləyərkən yadda qalan bir çox obrazlar yaratmışdır. Rejissor kimi onun Naxçıvan teatrında hazırladığı "Elektra" tamaşası uğurlu tamaşa kimi vaxtı ilə Moskva televiziyası ilə nümayiş etdirilmişdir.

Naxçıvan Dövlət Musiqili Dram Teatrında qurluş verdiyi tamaşalar

"Mənim nəğməkar bibim" - (Ə.Əylisli)
"Qiymətli qafiyələr" - (Ə.Əylisli)
"Bir cüt bədmüşk ağacı" - (Ə.Əylisli)
Qara ağaclıq altında məhəbbət" - (Y.Onil)
"Elektra" - (Sofokl)
"Sükut divarı" - (Paolo Messini)

1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərir,V.Əsədovun Dövlət Gənc Tamaşaçılar teatrında hazırladığı İ.Coşğunun "Açıl, bənövşəm açıl", A.Həsənzadənin "Mağara", "Oxu bülbül" kimi əsərlər gənclərin sevdiyi tamaşalara çevrilmişdir. Azərbaycan

Dövlət Gənc Tamaşaçılar Teatrında hazırladığı tamaşar

1. "Açıl, bənövşəm açıl" - (İ.Coşgun)
2. "Mağara" - (A.Həsənzadə)
3. "Oxu bülbül" (A.Həsənzadə) (azərbaycan bölməsi)
4. "Ana laylası" - ( İ.Coşgun)
5. "Məhv olmuş gündəliklər" - (İ.Əfəndiyev) (rus bölməsi)
6. "Adsız" - (F.Mustafa) (rus dilində)
7. "Oliver Tvistin macəraları" - (Ç.Dikkens)
8. "Məhv olmuş gündəliklər" - (İ.Əfəndiyev) (azərbaycan bölməsi)
9. "Qaraca qız" - (S.S.Axundov, A.Şaiq)
10. “Yarımçıq qalmış” - (Y.Abramov, L.Bəyim)

Rejissor həmçini Akademik Milli Dram Teatrının səhnəsində "Burlaxatun" (N.Xəzri) və İrəvan Dövlət Dram Teatrın səhnəsində "Məhəbbət yaşayır hələ" (Hidayət) tamaşalarına qurluş vermişdir.

Rejissorun yaradıcılığı yalnız teatr tamaşaları hazırlamaqla məhdudlaşmamış. O, eyni zamanda bir sıra iri miqyaslı Dövlət səviyyəli tədbirlərin quruluşçu rejissoru və ssenari müəllifi olmuşdur. Belə tədbirlərdən C.Məmmədquluzadənin 120 illiyi, H.Cavidin 120 illiyi, Zərifə Əliyevanın 80 illiyi, Heydər Əliyevin 80 illiyi, S.Vurğunun 100 illiyi, "Yeni teatr" gənc rejissorların ümumrespublika festivalının açılış və bağlanış mərasimlərini qeyd etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə