Ulu Öndərin xatirə günləri çərçivəsində xüsusi layihə FOTOLAR

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə əməkdaşlar Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasına həsr edilmiş xatirə günləri çərçivəsində Fəxri Xiyabanını ziyarət ediblər. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, öncə Ulu Öndərin məzarı üstə gül dəstələri qoyub, Allahdan rəhmət diləyiblər. Ziyarət zamanı Kompleksin direktoru Tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova Ulu Öndərin məzarı önündə nitq söyləyərək bildirib ki, müasir Azərbaycanın qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi olub. Bu dahi şəxsiyyət tarixi yazan və yaradan, onu yönəltməyi bacaran, dövlət idarəçiliyi və siyasi fəaliyyəti nadir olan fövqəlbəşər insan olub.

Sonra Kompleks əməkdaşları görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Həmin gün Kompleks əməkdaşları son illərin ən gözəl memarlıq nümunələrindən biri sayılan Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinin Ümummilli Liderin Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən maraqlı faktlar, foto, video materiallar və digər unikal eksponatlarla tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə