Azərbaycan Vyanada keçirilən tədbirdə təmsil olunub FOTOLAR

Avstriyanın Vyana şəhərində “Avropa Mədəni İrs İli-2018” adlı tədbirinin bağlanış mərasimi keçirilib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə gğrə, mövzu və konsepsiyasına görə Mədəni irsin qorunması, inkişafı, mədəni turizm, muzey, inkluziv mədəniyyət, yaradıcı və innovativ mədəniyyət məsələlərini əhatə edən tədbirə Avstriyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində Avropa Şurası, Avropa Birliyinin aidiyyəti komissiyaları ilə yanaşı, Avropa İrs Günləri, Europeana, Europe Nostra kimi bir sıra beynəlxalq layihələr tərəfdaşlıq olub.

Tədbir çərçivəsində Avropa İlinin müzakirəsi, mədəniyyət siyasətinə həsr olunmuş sessiyalar və Vyana şəhərində fəaliyyət göstərən muzeyləri və mədəni irs istiqamətlərini əhatə edən xüsusi marşrutların təqdimatı həyata keçirilib.

Tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin baş məsləhətçisi Nərgiz Abdullayeva və Regional siyasət şöbəsinin məsləhətçisi Qasım Şirinli təmsil edir. Rəsmi açılış mərasimində Avstriyanın Avropa Birliyi, İncəsənət, Mədəniyyət və Media naziri Gerno Blumel, Avropa Parlamentinin Mədəniyyət və Təhsil Komitəsinin sədri Petra Kammerevert, Təhsil, Mədəniyyət, Gənclər və İdman müvəkkili Tibor Navracsiks iştirak ediblər. Gün boyu davam edən tədbirdə Mədəni İrs üzrə e-tvinninq sahəsində ən yaxşı layihələrin təltifetmə mərasimi keçirilmiş və qaliblər Avropa Komissiyasının Mədəniyyət və Yaradıcılıq direktoru Mişel Maqnier tərəfindən mükafatlandırılıblar.

Qeyd edək ki, açılış mərasimində və növbəti günün tədbirlərində Avropa ölkələri ilə yanaşı, bir çox dünya ölkələrinin sahə üzrə təşkilatları və mütəxəssisləri iştirak etmişlər. Mədəniyyət Nazirliyinin nümayəndələri Avropa Komissiyasının Mədəniyyət və Yaradıcılıq direktoru Mişel Maqnier ilə görüşmüş və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə