“YARAT” Müasir İncəsənət Məkanı ilə yeni əməkdaşlıq FOTOLAR

Bakı Beynəlxalq Əqli Sağlamlıq Layihəsi “YARAT” Müasir İncəsənət Məkanı ilə birgə şəhərimizdə ilk dəfə yeni əməkdaşlıq proqramını təqdim edib. SİA-nın məlumatına görə, layihə Azərbaycan əhalisinə yüksək səviyyəli psixoloji və psixoterapevtik xidmətlər təklif edən Bakı Beynəlxalq Əqli Sağlamlıq Mərkəzinin yaradılmasını, habelə əqli sağlamlıq üzrə gənc peşəkarlar, psixologiya və tibb sahəsində təhsil alan tələbələr üçün kompleks təhsil və təlim proqramının işlənib hazırlanması və həyata keçirilməsini nəzərdə tutur.

Bakı Beynəlxalq Əqli Sağlamlıq Mərkəzinin xidmətlərinə daxildir: Müxtəlif problemlər, o cümlədən təşviş (həyəcan), panik atak, sosial fobiya, digər fobiyalar, depressiya, xiffət, qidalanma pozuntuları; özünütəkmilləşdirmə/özünüinkişaf psixoterapiyası; həyat məsləhətləri;

ailə qurulması - münasibətlərə dair məsləhətlər; özünüdərklə bağlı psixoterapiya; depressiya və həyəcanlılıqla bağlı pozuntuların farmakoloji müalicəsi; valideynlər üçün məsləhətlər və təlim; gənclər üçün psixoterapiya və məsləhətlər.

Seanslar ingilis və rus dillərində aparılır. Azərbaycan vətəndaşları üçün bütün xidmətlər pulsuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə