“Söz”ün növbəti tədbiri Vaqif yaradıcılığına həsr edilib FOTOLAR

“Söz” ədəbi-bədii layihəsinin Beynəlxalq Muğam Mərkəzində ilk tədbiri görkəmli şair Molla Pənah Vaqifin poeziyasına həsr olunub. SİA-nın məlumatına görə, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə reallaşan layihə Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Gecədə Əməkdar artistlər Elxan Rza, Hüsniyyə Mürvətova, aktyorlar Kamal Yaşar, Ləman Mеhri şairin yaradıcılığından gözəl nümunələr səsləndiriblər. Gənc xanəndələr Pərviz Qasımov, Elgiz Əliyev, Könül Məmmədli, AzTV-nin Cahangir Cahangirov adına Xor Kapellası bulaq kimi axan Vaqif misralarının musiqi ilə həmahəng harmoniyasından yaranan xoş duyğuları qonaqlarla bölüşüb. “Söz” layihəsinin budəfəki buraxılışı gecəyə təşrif buyuranlara muğam, musiqi və Vaqif yaradıcılığını mistik bir atmosferdə təqdim edib.

Sonda layihənin rəhbəri Nigar Həsənzadə tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkür edib.

Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində milli mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri uğurla davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...