“Parlament” adlı Açıq dərs keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbirlər çərçivəsində 229 saylı məktəbin şagirdləri üçün Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illiyinə həsr olunmuş “Parlament” adlı Açıq dərs keçirilib. SİA-nın məlumatına görə, Açıq dərsdə məktəblilər üçün muzeyin baş elmi işçisi Fəxriyyə Əliyeva, elmi işçi Sufayi Məmmədova və bələdçi Arzu Axundova parlament tarixindən, AXC parlamentinin və Müstəqil Azərbaycanın parlamentinin yaranması və fəaliyyəti haqqında mühazirə oxuyublar.

Açıq dərsdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə həsr olunmuş video çarx nümayiş etdirilib.

Açıq dərsin sonunda məktəblilər muzeyin ekspozisiyası ilə yaxından tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə