Ulu Öndər Sabirabadda anıldı FOTOLAR

Sabirabad rayon Mədəniyyət Mərkəzində Nizami Gəncəvi adına 5 saylı orta məktəb şagirdlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbiri giriş sözü ilə Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Telman Əzimov açıb. O, bildirib ki, Azərbaycanın ən yeni tarixininin bütöv bir dövrü Ümummilli Liderimiz Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bilavasitə bağlıdır. Onun rəhbərliyi dövründə respublikamız yüksək inkişaf yolu keçib.

Daha sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin digər məslətçisi A.İsmayılova çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən, ölkəmizə rəhbərlik etdiyi illərdə tariximizə, milli dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, təhsilimizə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.

Çıxışlardan sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əbədiyyət yolu” adlı filmə baxış keçirilib.

Sonda tədbir iştirakçıları Sabirabad rayon Mədəniyyət Mərkəzi və Sabirabad rayon Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olublar, məktəblilərin ifasında şeirlər səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə