Şuşa rayon mədəniyyət işçiləri ilə görüş olub FOTOLAR

Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov Suşa rayon mədəniyyət işçiləri ilə görüşüb. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa rayon nümayəndəliyində baş tutan görüşdə Şuşa rayon mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib.

İdarə rəisi Mehman Şükürov görüşdə çıxış edib. O, çıxışında musiqi məktəbləri, klub müəssiələri, kitabxana və muzeylər, eləcə də rəsm qalereyasının fəaliyyəti ilə bağlı fikirlərini və iradlarını bildirib, ilin yekunları ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Görüşdə mədəniyyət müəssisələri rəhbərləri çıxış edərək bildiriblər ki, irad və təkliflər nəzərə alınaraq qeyd olunan problemlər tez bir zamanda aradan qaldıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...