“Əbədiyaşar Lider” adlı tədbir keçirilib FOTOLAR

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar Lider” adlı tədbir keçirilib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aytən Zülfəliyeva açdı və bir dəqiqəlik sükutla Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib, sonra geniş məruzə ilə çıxış edib.

Qeyd edib ki, Ulu Öndərin vəfatının 15-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində 05-12 dekabr 2018-ci il tarixlərində “Açıq Qapı” günləri elan olunub, Hacıqabul rayon Heydər Əliyev Mərkəzi tərəfindən “Aylıq bülliten”, təqvim hazırlanıb, Ümummilli Liderin kitablarından ibarət sərgi açılıb.

Tədbirin sonunda Ulu Öndərə həsr olunmuş “Şəxsiyyət” sənədli filmi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə