Fondun prezidenti İstanbulda bır sıra görüşlər keçirib FOTOLAR

İstanbulda BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) və UNESCO tərəfindən birgə təşkil olunan 3-cü Ümumdünya Mədəniyyət və Turizm Konfransına müxtəlif ölkələrdən gələn mədəniyyət və turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri, dünya turizm və mədəniyyət sahəsində aparıcı mütəxəssislər qatılıb. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, konfransda Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Әrsoy və BMT-nin Dünya Turizm Təşkilatınının baş katibi Zurab Pololikaşvilinin dəvəti ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da iştirak edib.

Konfrans çərçivəsində G.Əfəndiyeva həmkarları, o cümlədən UNWTO, ISESCO, IRCICA və TÜRKSOY-un rəhbərləri ilə görüşüb və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

Qeyd edək ki, konfransda iqtisadi artım, sosial inkişaf, turizm və mədəniyyətin qorunması sahəsində birgə əməkdaşlıq imkanlarının müəyyən edilməsi üzrə müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə