Əşrəf Pirşağılının yeni kitabı işıq üzü görüb FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Xəzər bölməsi əruz ədəbiyyatı silsiləsindən AYB-in üzvü Əşrəf Pirşağılının “Sən də gəl” kitabını çap etdirib. SİA-nın məlumatına görə, kitabın təqdimat mərasimində AYB-in Xəzər bölməsinin sədri Arif Buzovnalı belə tədbirlərin silsilə olaraq keçirildiyini qeyd edib. Bildirib ki, bölmə bir çox şairlərin kitabını çap etdirməyi qarşısına məqsəd qoyub. Bakı ədəbi mühitinin zənginliyindən danışan sədr, bu nəşrlərin Azərbaycan əruz ölçülü şerin daha da sevilməsində rol oynayacağını söyləyib.

Daha sonra tədbiri müasir dövrdə əruzun təlim və təbliğində xüsusi rol oynayan AYB Xəzər bölməsinin üzvləri davam etdirib və şairin kitabında yer alan qəzəl, qəsidələri oxunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...