“Dostluq” mədəniyyət evinin kollektivi konsert proqramı ilə çıxış edib FOTOLAR

“Uşaq hüquqları aylığı” çərçivəsində Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin kollektivi Abşeron rayon Saray qəsəbəsində yerşəşən 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində konsert proqramı ilə çıxış edib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, konsertdə bir-birindən maraqlı şoular, rəqs nömrələri, gənc solistlərin ifasında səslənən şən mahnılar tədbirə xoş ovqat qatıb, uşaqlar tərəfindən maraq və sevinclə qarşılanıb. Sonda mədəniyyət evinin kollektivi uşaqlara hədiyyələr təqdim edib.

Bakı şəhərində yerləşən İnformasiya və Mədəniyyət Mərkəzində “Azərbaycanın Rusiya (sovet) Ali Məktəblərinin Məzunları Assosiasiyası” İctimai Birliyi tərəfindən təşkil olunmuş tədbirdə də “Dostluq” mədəniyyət evinin uşaq yeniyetmə və gənclərdən ibarət “Start” estrada kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə