“Gənclərə dəstək” layihəsi çərçivəsində konsert proqramı təqdim ediləcək

Noyabrın 29-da “Gənclərə dəstək” layihəsi çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı təqdim ediləcək. SİA-nın məlumatına görə, gecədə dirijor Orxan Həşimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək.

Konsert proqramının solistləri beynəlxalq müsabiqələr laureatı Beren Gürcüoğlu (Türkiyə, piano), Şeyda Ələsgərova (fleyta), Fəridə Ələkbərli (arfa) və Pərvin Əşaridir (arfa).

Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...