“Uğurlu karyera inkişafı” mövzusunda təlim keçirilib FOTO

“Uğurlu karyera inkişafı” mövzusunda təlim keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Turizm və Menecment Universitetinin “Biznes idarəçiliyi”fakültəsi “Marketinq”kafedrasının təşəbbüsü ilə ”Uğurlu karyera inkişafı” mövzusunda keçirilən fərdi inkişaf mühazirələrinin növbəti qonağı “AAAF Holdinq”in vitse – prezidenti, biznes konsultant və peşəkar təlimçi Fəxri Ağayev olub. O, təqdimat-çıxışı zamanı ilk öncə tələbələrə şəxsi təcrübəsindən danışıb.

Təlimçi qeyd edib ki, uğurlu karyeraya gedən yolda ali təhsillə yanaşı,şəxsi keyfiyyətlər, sosial bacarıqlar, ünsiyyət və danışıq qabiliyyəti böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən karyera yüksəlişini məqsəd bilən tələbələr təhsil imkanlarından səmərəli faydalanmalı, öz üzərlərində hər zaman ciddi işləməlidirlər. Uğurlu karyera qurmaq istəyən tələbə- gənclər ali təhsili başa vurduqdan sonra da bilik və bacarıqlarını,peşəkarlıqlarını artırmalıdırlar.

ATMU-da “Uğurlu karyera inkişafı” mövzusunda keçirilən tədbir tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb. İştirakçı tələbələrdən 7 nəfərə sertifikat təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə