“Fəxri qonaq ölkə” haqqında Birgə bəyanat imzalanıb FOTOLAR

VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində Azərbaycanın 2020-ci ildə Forumda “Fəxri qonaq ölkə” statusunda təmsil olunması haqqında Birgə bəyanat imzalanıb. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, imzalanma mərasimindən sonra Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və ölkəmizin Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburq şəhərinin bir sıra mədəniyyət təsisatlarının rəhbərləri ilə görüşlər keçiriblər. Belə görüşlərdən biri şəhərin aparıcı bədii təhsil müəssisələrindən olan Sankt-Peterburq Musiqi Liseyinin direktoru Vitali Romanovla olub.

Xatırladaq ki, sözügedən liseylə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi arasında 2018-ci ilin aprel ayında Bakı şəhərində əməkdaşlıq müqaviləsi imzalanıb. Liseyin rəhbərliyi, müəllim və şagirdlərdən ibarət nümayəndə heyəti paytaxtımızda qonaq olmuş və bir neçə səhnədə, o cümlədən M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində konsert proqramları ilə çıxış etmişdilər.

Mədəniyyət naziri Əbülfəs Qarayev və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüş zamanı Vitali Romanov rəhbərlik etdiyi liseyin fəaliyyəti, tədris prosesində istifadə olunan müasir metodika və texnologiyaların tətbiqi, liseyin maliyyələşmə sistemi və əldə etdiyi uğurlar haqqında məlumat verib.

Nazir ölkəmizin bədii təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin, o cümlədən Rusiya Federasiyasının aparıcı təhsil müəssisələri ilə əməkdaşlığın inkişaf etdirilməsinin təqdirəlayiq hal olduğunu və bu əlaqələrin ölkələrimiz arasında humanitar sahədə münasibətlərə töhfə verdiyini diqqətə çatdırıb.

Görüşdə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, nümayəndə heyətinin üzvü Əziz Qarayusifli iştirak edib. Sonra o, Sankt-Peterburq Musiqi Liseyinə gələrək, bu tədris ocağının fəaliyyəti və iş prinsipi ilə yaxından tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə