Xaçmazda "Sehirli ilmələr" adlı sərgi təşkil edilib FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində təşkil olunan sərginin məqsədi bu kimi sənət növlərinin yaşadılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsindən ibarətdir.

SİA-nın məlumatına görə, sərginin açılış mərasimində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək regionda dekorativ-tətbiqi sənət növünün yaşadılması və inkişafı məqsədilə regional idarə tərəfindən xüsusi layihə hazırlandığını bildirib. Bu sənət növlərinin gələcək nəsillərə ötürülməsi məqsədilə dərnəklərin yaradılmasının və sənətkarların əl işlərinin satışı üçün sərgi-satış mərkəzlərinin açılmasının nəzərdə tutulduğu qeyd olunub.

Çıxış edənlər belə sərgilərin keçirilməsinin sənətkarların fəaliyyətinə dəstək olduğunu bildirərək, R.Ziyadxanovaya fəaliyyətində uğurlar arzulayıblar.

Ruqiyə Ziyadxanovaya Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və hədiyyə təqdim edilib.

Açılış mərasimindən sonra iştirakçılar 50-yə yaxın dekorativ-tətbiqi sənət nümunəsi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə