"Özünü və hüququnu tanı" adlı tədbir keçirilib FOTOLAR

Xaçmaz Tarix Diyarşünaslıq muzeyində "Uşaq hüquqları aylığına" həsr olunmuş "Özünü və hüququnu tanı" adlı tədbir keçirilib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbiri giriş sözü ilə muzeyin direktoru P.Mehdiyeva açaraq bildirib ki, artıq 25 ildir Azərbaycan, BMT-nin "Uşaq hüquqları haqqında" konvensiyasını qəbul etmiş, onun tələb və müddəalarına əməl etməkdədir.

Ölkədə uşaq hüquqlarıyla bağlı görülən tədbirlər və verilən sərəncamlar, uşaqlarla bağlı keçirilən müxtəlif layihələr barədə Xaçmaz rayon Gənclər və İdman idarəsinin rəisi E.Məmmədov çıxış edib.

Erkən nigahlar, gənclərin narkomaniyaya, xırda cinayətlərə, dini radikalizm ünsürlərinə cəlb olunması ilə bağlı Xaçmaz rayon Polis şöbəsinin "Yeniyetmələrlə iş üzrə" bölməsinin rəhbəri leytinant H.Zeynalov çıxış edib və məktəblilərə öz tövsiyyələrini verib.

Uşaq hüquqlarıyla bağlı Xaçmaz Uşaq və Gənclər kitabxanasında yaradılan "Uşaq hüquq mərkəzi" və bu mövzuda buraxılan müxtəlif nəşrlər barədə kitabxananın əməkdaşı Gülşən xanım danışıb.

Tədbirdə mövzuyla bağlı süjetlər və musiqi nömrələri nümayiş olunub.

Sonda məktəblilər və qonaqlar uşaq kitabxanasının təşkil etdiyi, uşaqların esseleri və rəsmləri, mövzuyla bağlı müxtəlif jurnal və bukletlər, kitabların nümayiş olunduğu sərgiylə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə