“TurStat” analitik agentliyi qarşıdakı qış mövsümündə MDB ölkələrində və Gürcüstandakı ən yaxşı və populyar Şaxta babaların reytinqini təqdim edib. SİA-nın “TurStat” agentliyinə istinadən verdiyi xəbrərə görə, Rusiyanın birinci Şaxta babası (“Ded Moroz”) öz ad gününü noyabrın 18-də Voloqda vilayətinin Veliki Ustyuq şəhərində qeyd edir. Həmin gün Rusiyanın əsas Yeni il şam ağacında işıqları yandıracaq Şaxta baba bütün ölkədən və MDB məkanından olan “həmkarları”nı qarşılayır.

Turistlərin ən çox rəğbət bəslədiyi MDB ölkələrindən olan Şaxta babaların ilk onluğuna Belarusun Ded Morozu, Qazaxıstanın Ayaz Atası, Azərbaycanın Şaxta Babası, Özbəkistanın Korbobosu, Moldovanın Moş Kraçunu, Qırğızıstanın Ayaz Atası, Tacikistanın Boboi Barfisi, Türkmənistanın Ayaz Babası da daxildirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə