BUT beynəlxalq festivala iki tamaşa ilə qatılıb

Türkiyənin Bilecik şəhərində 13-cü Beynəlxalq Teatr Festivalı keçirilir. Noyabrın 25-dək davam edəcək festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı təmsil edir.

Teatrdan SİA bildirilib ki, kollektiv beynəlxalq festivala iki tamaşa - “Ağıllı tülkü” və Sevgi şimşəyi” səhnə əsərləri ilə gedib.

Noyabrın 13-də işə başlayan festivala Bakı Uşaq Teatrının “Ağıllı tülkü” tamaşası ilə start verilib. Uşaqlar üçün nəzərdə tutulan “Ağıllı tülkü” tamaşasının müəllifi və quruluşçu rejissoru teatrın bədii rəhbəri və direktoru, Əməkdar artist İntiqam Soltandır. Tamaşa artıq bir neçə müddətdir ki, teatrın repertuardadır və azyaşlı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.

Festivalda nümayiş olunacaq daha bir tamaşa – “Sevgi şimşəyi” isə repertuara yeni daxil olub və böyüklər üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə