Nazir “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib

Mədəniyyət naziri Əbülfəs Qarayev “Rossotrudniçestvo”nun (Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentlik) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Valentin Denisovu qəbul edib.

Mədəniyyət Nazirliyindən SİA verilən xəbərə görə, görüşdə Mədəniyyət Nazirliyi ilə nümayəndəlik arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib, əməkdaşlığın perspektivləri müzakirə olunub.

V.Denisov nümayəndəliyin fəaliyyəti, həyata keçirilən layihələr barədə məlumat verib.

Sonda V.Denisov səmimi qəbula görə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə