Milli Kitabxanada Konstitusiya Gününə həsr olunmuş kitab sərgisi açılıb

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “12 noyabr - Konstitusiya Günüdür“ adlı geniş tərtibatda kitab sərgisi açılıb.

Milli Kitabxanadan SİA bildirilib ki, sərgidə azərbaycançılıq, dövlətçiliyimiz, dövlət atributlarımız və müstəqilliyimiz haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş 250-ə yaxın kitab və dövri mətbuat materialları sərgilənir.

Sərgi bir həftə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə