Ridli Skot “Qladiator” filminin ikinci hissəsini çəkəcək

Britaniyalı rejissor Ridli Skot məşhur “Qladiator” filminin ikinci hissəsini çəkməyi planlaşdırır. “The Hollywood Reporter” saytının yaydığı məlumata görə, layihədə filmin ilk hissəsinin əsas qəhrəmanı olan general Maksimusu canlandıran Rassel Krou iştirak etməyəcək.

Film üzərində işlər ilkin mərhələdədir. “Paramount Pictures” studiyasının çəkəcəyi ekran əsərinin ssenarisini çox güman ki, “Ac oyunlar” trilogiyasının iki filmi üzərində işləri ilə tanınan Piter Kreyq yazacaq.“Qladiator” filminin davamında hadisələr ilk hissədə Maksimusun xilas etdiyi oğlanın ətrafında cərəyan edəcək.

2000-ci il mayın 1-də ekrana çıxan populyar tarixi film “İlin ən yaxşı filmi” və “Ən yaxşı kişi rolu” nominasiyası da daxil olmaqla, beş “Oskar” mükafatına layiq görülüb. Həmçinin dünya prokatında 457 milyon dollardan çox pul toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə