Bakıda türk ulduzlarının iştirakı ilə “Dünya hali” filminin qala gecəsi olacaq

Nizami Kino Mərkəzi noyabrın 7-də kinosevərləri “Dünya hali” romantik komediya filminin qala gecəsi ilə sevindirəcək. Kino Mərkəzindən AZƏRTAC-a bildirilib ki, filmin baş qəhrəmanları - türk ulduzları Murat Dalkılıç və Melis Sezen ekran əsərinin qala gecəsində iştirak etmək üçün Bakıya gələcəklər.

Qeyd edək ki, rejissor Ömer Canın çəkdiyi ekran işində aşiq olma qorxusu olan Serdarın və onun xoşlandığı gənc qadın Gizemin eşqə doğru gedən yollarından bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...