Yerli caz ifaçıları kubalı musiqiçi ilə eyni səhnəni bölüşəcəklər

Noyabrın 21-də Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçıları geniş konsert proqramı ilə çıxış edəcəklər. Sarayın mətbuat xidmətindən SİA bildirilib ki, “jAzzeri Bands and Art” adlı caz musiqisi axşamında Əfqan Rəsul, Nərmin Məmmədli, Elina Maysuradze, Teymur Süleymanbəyli, Nərmin Kərimbəyova və Elvin Bəşirovun ifaları dinləniləcək. Konsertdə xüsusi qonaq qismində kubalı musiqiçi Yanssel Castellon rəhbəri olduğu “Los Amigos” qrupu ilə birgə çıxış edəcək. Qrup üzvləri tamaşaçılara Latın Amerikası və Kubanın zəngin musiqi və ritmlərini təqdim edəcək.

Konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə