"Fidan bu yarışmada Azərbaycanın bayrağını zirvələrə ucaldacaq" FOTO

Azərbaycanı "Uşaq Avroviziya-2018” yarışmasında təmsil edəcək Fidan Hüseynovanın "Sənin kimi olmaq" - "I wonna be like you" mahnısının klipi artıq müsabiqənın rəsmi "Youtube" səhifəsində, eləcə də, müxtəlif sosial şəbəkələrdə yayımlanıb. SİA-nın məlumatına görə, çoxsaylı izləyicilər tərəfindən maraqla qarşılanan klipin bəzi kadrları Azərbaycan Dövlət Musiqili Teatrında çəkilib.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev noyabrın 25-də Belarusun paytaxtı Minskdə "Uşaq Avroviziya-2018” yarışmasında 20 ölkə arasında Azərbaycanı təmsil edəcək balaca iştirakçıya uğurlar arzulayıb: “İnanıram ki, Fidan bu yarışmada Azərbaycanın üç rəngli bayrağını zirvələrə ucaldacaq. Teatrda çəkilişlər zamanı onu gördüm. Çox istedadlı, şirin-şəkər baladır. Çəkiliş zamanı onu kənardan seyr edirdim – sərbəstdir, inadkardır. Ümidvaram ki, o, ifa etdiyi mahnının sözlərində bəhs olunan xəyali qəhrəmanına qovuşacaq, balaca çıyinlərinə götürdüyü böyük məsuliyyətin öhdəsindən asanlıqla gələcək, məqsədinə çatacaq və bizi də sevindirəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə