Pərviz Hüseynov Gürcüstanda beynəlxalq festivalda iştirak edəcək

Azərbaycanın tanınmış kukla ustası Pərviz Hüseynov Gürcüstanda keçiriləcək II beynəlxalq müəllif kuklaları "Artdoll Tbilisi" festivalında iştirak edəcək. SİA-nın məlumatına görə, Rusiya, Ukrayna, Azərbaycan, Çexiya və Estoniyanın kukla dizaynerləri noyabrın 2-4-də Gürcüstanın paytaxtında toplaşacaqlar.

Ümumilikdə, festivalda müxtəlif materiallardan hazırlanmış 60 kukla nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə