İbrahim İlyaslının “Şair olmaq zülümdür “ kitabının təqdimatı keçirilib FOTOLAR

Sumqayıt şəhər Gənclər kitabxanası və 16 saylı tam Orta Məktəbin birgə təşkilatçılığı ilə şair İbrahim İlyaslının 55 illik yubileyi münasibətilə tədbir və “Şair olmaq zülümdür” kitabının təqdimatı keçirilib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbirdə şair İbrahim İlyaslı,Təhsil şöbəsinin metodisti Məmmədova Səbirə, 2 saylı məktəbin direktoru Xalid Adıgözəlov, 16 saylı məktəbin müəllim-şagird kollektivi iştirak edib.

Tədbir zamanı məktəbin müəllimi Sevil Behbudbəyli çıxış edərək şairin həyat yolu, yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra şairin şeirlərindən nümunələr söylənilib, musiqi nömrələri dinlənilib.

Daha sonra şair İbrahim İlyaslı çıxış edib. O, tədbirin təşkilatçılarına təşəkkür edərək bu kimi tədbirlərin keçirilməsinin oxucular və yaradıcı adamlar üçün böyük əhəmiyyətindən danışıb, şeirlərini oxuyub, şagirdlərin suallarını cavablandırıb.

Sonda məktəbin direktoru Niyaz Süleymanov şairin şeirlərindən nümunələr söyləyib, tədbir iştirakçılarına və kitabxana əməkdaşlarına minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə