Qazax rayonunda Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib

Qazax rayon MKS-in E.Hüseynov adına Mərkəzi Kitabxana sı “Açıq kitabxana” layihəsi çərçivəsində “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş “Müstəqilliyimiz daimidir, əbədidir, sarsılmazdır” adlı ədəbi kompozisiya keçirib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbirdə Qazax Dövlət Rəsm Qalereyasının işçiləri, şəhər məktəbliləri və mədəniyyət işçilərindən bir qrup iştirak edib.

Tədbirin əvvəlində şagirdlərin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Kitabxananın Uşaq şöbəsinin əməkdaşı Aytəkin Quluyeva Azərbaycanın Dövlət Müstəqilliyinin yaranması haqqında məlumat verərək bildirib ki, XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı ikinci dəfə müstəqillik bayrağını qaldırdı. 1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir dövlətdir.

Tədbir zamanı məktəblilər vətənə aid bir birindən rəngarəng şeirlər söyləyb, mahnılar oxuyublar.

Sonda tədbir iştirakçıları “18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ” adlı sərgi ilə tanış olublar.

Qeyd edək ki, Müstəqillik Günü ilə əlaqədar Qazax rayon MKS-in şəhər 1 nömrəli, Xanlıqlar, Daş Salahlı, Ürkməzli, İkinci Şıxlı kənd kitabxana filiallarında tədbirlər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə