Dörd ölkənin musiqiçilərindən ibarət ansamblın çıxışı olub FOTOLAR

“Rotunda Jazz Club”da Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində “Magne Thormodsæter Eurasia Ensemble” kollektivinin konserti olub. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, ansambl Azərbaycan, Qazaxıstan, Gürcüstan və Norveç musiqiçilərini birləşdirir. Kollektivin təqdim etdiyi musiqi caz janrının bu ölkələrin folklor musiqisi ilə vəhdətindən ibarətdir.

“Magne Thormodsæter Eurasia Ensemble” kollektivinin çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə