Amerikalı reper: "Azərbaycanda insanların ürəyiaçıqlığı məni heyran etdi"

Azərbaycanda olmağımdan çox məmnunam. Bakının möhtəşəm arxitekturası, həmçinin insanların ürəyiaçıqlığı məni heyran etdi. Şəki həqiqətən də bənzərsiz təbiətə malikdir. Tanrının qismətidir ki, biz Azərbaycanın bu gözəl diyarına da səfər etdik.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində ABŞ-ın “Wordsmith” rep musiqi qrupunun rəhbəri Vördsmis Şəkidə konsert zamanı deyib.

Musiqiçi bildirib ki, təqdim etdikləri konsert proqramları vasitəsilə ölkələrimiz arasında mədəni münasibətləri daha da möhkəmləndirməyə çalışırlar. “İfa etdiyim mahnılar daha çox mesaj yönümlüdür. Bu musiqi insanları həyatda uğur qazanmağa ruhlandırır. Ümid edirəm ki, konsertimiz musiqisevərlərin ürəyincə oldu”, - deyə Vördsmis bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə