Merlin Kukla Teatrı Bakıda çıxış edəcək

Merlin Kukla Teatrının yaradıcı heyəti noyabrın 9-da Azərbaycan Dövlət Kukla Teatrında “Heç kimin torpağı" adlı kukla tamaşası ilə çıxış edəcək. SİA-nın məlumatına görə, “M.A.P Festival Baku” çərçivəsində nümayiş olunacaq tamaşanın rejissor Dimitris Stamudur.

Qeyd edək ki, Merlin Kukla Teatrının əsası Afinada 1995-ci ildə Dimitris Stamu və Demi Papada tərəfindən qoyulub. Hazırda Almaniyada yaşayan bu ailə duetinin tamaşaları müxtəlif kukla texnikalarının kombinasiyasını, o cümlədən marionetkalar, stolüstü kuklalar, predmetlər, optik effektlər və kölgə teatrını əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə