Oktyabrın 24-də Muzey Mərkəzində rəssam Fərhad Həmzəliyevin “Həyat yaradıcılıqdır” adlı rəsm sərgisi açılacaq. SİA-nın məlumatına görə, sərgi Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgisi çərçivəsində müəllifin 55 rəngkarlıq, 30 qrafika və 12 bədii keramika əsəri ziyarətçilərin ixtiyarına veriləcək.

Rəssamın anadan olmasının 65 illiyinə həsr olunan sərgi oktyabrın 30-dək açıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə