“Səyyar kitabxana” xidməti təşkil edilib

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə 16 oktyabr 2018-ci il tarixində S.Vurğun adına İstirahət parkında Qazax rayon MKS tərəfindən “18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü”nə həsr edilmiş “Səyyar kitabxana” xidməti təşkil edilib.

SİA-nın məlumatına görə, tədbirdə Respublikanın müstəqillik illərində qazandığı uğurları, “Müstəqil dövlətçiliyimizin parlaq səhifəsi”, “Ucalan bayraqlı Azərbaycanım”, “Ordum varsa, yurdum var”, “Aprel döyüşləri bizim şanlı qələbəmizdir”, “2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili” mövzularına həsr edilmiş kitab və jurnallar nümayiş olunub. Kitabxananın əməkdaşları tədbir iştirakçılarına ölkəmizdə, eyni zamanda rayonumuzda gedən quruculuq işlərindən ətraflı məlumat verib. Sərgi ilə tanış olan bir qrup iştirakçı kitabxanaya üzv yazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə