Azərbaycan Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsi “İqtisadiyyat” kafedrasının və Maliyyə Bazarlarına Nəzarət Palatası Təlim və Maarifləndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə “Bank əməliyyatları, Banklarda qanunvericilik və Maliyyə Nəzarət subyektlərinin funksiyaları” mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Universitetin Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev açaraq qonağı salamladı və tədbir iştirakçılarına uğurlar arzulayıb.

Təlimin mövzusu barədə İqtisadiyyat kafedrasının müdiri, dosent Vüqar Nəzərov ümumi məlumat verərək bank sistemi, banklarda əməliyyatların aparılması, bank əməliyyatlarına dair qanunvericilik tələblərinin vacibliyini vurğulayıb və təlimçini auditoriyaya təqdim edərək sözü ona verib.

Tanınmış iqtisadçı alim Vüqar Bayramov təlimin mövzusu çərçivəsində ilk öncə bank sektorunun hazırki durumundan bəhs edib. Banklarda bank əməliyyatları, qanunvericilik və maliyyə nəzarət subyektlərinin vəzifə və funksiyaları barədə məlumat verən V.Bayramov təlim çərçivəsində iştirakçıların çoxsaylı suallarını da cavablandırıb. Təlimin sonunda fəallıığı ilə fərqlənənlərə sertifikatlar, ATMU rəhbərliyi tərəfindən isə təlimçi Vüqar Bayramova təşəkkürnamə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə