Üzeyir Hacıbəylinin portretləri açıq səma altında yaradılacaq

Noyabrın 4-də “Art Tover” rəsm qalereyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilmiş plener keçiriləcək. SİA-nın məlumatına görə, plener Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Ars Council Azerbaijan” təşkilatının birgə təşkilatçılığı ilə reallaşacaq.

Fırça ustaları dahi bəstəkarın portretini və yaradıcılıq fəaliyyətini tablolara köçürməklə açıq havada yaradacaq. Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edə bilər.

Plener sənətkarların təkmilləşdirilməsi, istedadlı gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə