Beynəlxalq Kino Festivalına ölkəmiz də dəvət alıb

Gələn ilin mart ayında Misirdə keçiriləcək üçüncü Şarm əl-Şeyx Beynəlxalq Kino Festivalına ölkəmiz də dəvət alıb. SİA-nın məlumatına görə, bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim mətbuata açıqlamasında bildirib.

Səfir deyib ki, festival rəhbərliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi xidmətləri yüksək qiymətləndirərək onu fəxri qonaq qismində keçiriləcək Beynəlxalq Festivala dəvət edib.

Həmçinin səfir 2015-ci ildən Şarm əl-Şeyx və Qəbələ şəhərlərinin qardaşlaşmış səhərlər olduğunu, bu il noyabr ayının 8-dən etibarən Şarm əl-Şeyx və Bakı arasında birbaşa uçuşların təşkil ediləcəyini, habelə Misir ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin gözə çarpan dərəcədə inkişafından məmnun olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə