“Jizel” baleti Eldar Əliyevin quruluşunda

Oktyabrın 25-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində Adolf Adanın “Jizel” baleti nümayiş etdiriləcək. SİA teatrdan verilən xəbərə görə, səhnə əsərinin quruluşçu baletmeysteri Eldar Əliyevdir.

“Jizel” baletinin dünya premyerası 1841-ci ildə Parisdə olub. Əsər Primorye səhnəsində ilk dəfə 2015-ci ildə nümayiş etdirilib.

Bakıda anadan olan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsinin baş baletmeysteri təyin olunub. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

Bütün xəbərlər Facebook səhifəmizdə