Rejissor Oqtay Yəhyayev dünyasını dəyişib. SİA-nın məlumatına görə, bu barədə MuzTV Azərbaycan kanalının direktoru Elnur Kələntərli “Facebook” hesabında yazıb: “Space TV-nin ən səmimi, sevilən, hər zaman gülərüz olan, mehribançılığı ilə seçilən dəyərli rejissoru Oqtay Yəhyayev haqq dünyasına qovuşdu. Allah rəhmət eləsin!”

O, həmçinin bildirib ki, O.Yəhyayevin üç mərasimi bu gün 7-ci mkr. ərazisində yerləşən “İnqilab” kinoteatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə