Leonid Ptaşka və Həsən Bağırov Muğam Mərkəzində birgə konsert veriblər

Xaricdə yaşayan həmvətənlərimiz – pianoçu Leonid Ptaşka və gitaraçı Həsən Bağırov Bakı Caz Festivalı çərçivəsində oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində birgə konsert veriblər.

AZƏRTAC xəbər verir ki, istedadlı musiqiçi Leonid Ptaşka 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində İsraildə cazı populyarlaşdırıb. Amerika Bioqrafiya İnstitutunun versiyasına görə, o, XX əsrin 100 ən yaxşı cazmenindən biri sayılıb. L.Ptaşka El Foster, Herb Alpert, Freddi Habbard, Valeri Ponomaryov, İqor Butman və başqa populyar musiqiçilərlə əməkdaşlıq edib.

Həsən Bağırov Sankt-Peterburqun və Moskvanın aparıcı caz gitaraçılarından biridir. Onun repertuarına müxtəlif musiqi janrları, o cümlədən caz, bossa-nova, fyujn kimi janrlar daxildir. H.Bağırov səhnə fəaliyyəti ilə yanaşı, Sankt-Peterburq Mədəniyyət Akademiyasında gitarada caz ifası sinfini aparır. Bakı tamaşaçısı musiqiçilər tandemini böyük maraqla qarşılayıb. Qeyd edək ki, Leonid Ptaşka və Həsən Bağırov ilk dəfə bir yerdə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...