Lənkəran teatrında uşaqlar üçün yeni tamaşanın premyerası olub FOTOLAR

Lənkəran Dövlət Dram Teatrında şair-publisist Əjdər Olun “Biri vardı, biri yox” pyesi əsasında hazırlanmış “Meşəbəyinin dostları” musiqili nağıll-tamaşasının premyerası olub. Teatrdan SİA verilən məlumata görə, uşaqlarda xeyirxahlıq, mərhəmət, ətrafdakılara köməklik göstərmək kimi nəcib hissləri aşılayan tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Rolları aktyorlardan Allahverən Babayev, Emin Fərzullayev, Səyad Əliyev, Rauf Zeynalov, Ülkər Quliyeva və Nizami Qurbanov ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə