Anar Eminov: "Elmi araşdırmalar əsas hədəfimizdir"

Azərbaycan Turizm və Mencment Universitetində (ATMU) ali təhsil ocağının fəaliyyət tarixində ilk dəfə olaraq elm yönümlü işlərin - məqalələrin, magistr, dissertasiya və kafedralar tərəfindən icrası nəzərdə tutulan elmi təqdiqat işlərinin təkmilləşdirilməsi məqsədilə Elmi Metodik Şuranın ilk təsis iclas keçirilib. SİA-nın məlumatına görə, elm və inkişaf məsələləri üzrə prorektor Anar Eminov qeyd edib ki, hər bir elm və tədris ocağında aparılan elm tutumlu araşdırmalar dəqiq və konkret isbatlara söykənməlidir. Bu isə həm elmi yenilik, həm də praktik əhəmiyyətə istinadlı tədqiqatlar tələb edir.

Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi fəaliyyətə başladığı ilk gündən ATMU üçün yeni hədəflər müəyyən edib. Elm istiqamətli hədəflərdə əsas tələb yeniliklərin sənaye tutumlu olmasıdır. Deyilənləri nəzərə alaraq ATMU olaraq elm yönümlü araşdırmaların - magistr, dissertasiya və müvafiq kafedraların elmi təqdiqat işlərinin müzakirədən öncə sənaye mərkəzlərinə rəyə göndərilməsini məqsədəuyğun hesab edirik. Bu proses məhz Elmi Metodik Şura tərəfindən tənzimlənəcək. Deməli, müvafiq sənaye mərkəzlərinin təyini yalnız adıçəkilən şuranın qərarından sonra dəqiqləşəcək. Müsbət rəyli işlər Elmi Metodik Şurada müzakirəyə çıxarılacaq.Problem ondadır ki, ATMU-da indiyə qədər müdafiə şuralarının olmaması səbəbindən doktarantura pilləsində təhsil alan məzunlarımız vaxtında alimlik dərəcəsi ala bilmirlər. Nəzərə alsaq ki, doktorantlarımızın təxminən 60 faizi məhz universitetimizin məzun və əməkdaşlarıdır- deməli ATMU-nun elmi dərəcəli keyfiyyət göstəricisi əmsalının genişləndirilməsi prosesi tədricən ləngiyir. Bir neçə gün əvvəl keçirilən iclasın əsas məqsədlərindən biri də məhz ATMU-nun elmi potensialının gücləndirilməsini nəzərdə tutur.ATMU Elmi Metodik Şura üzvlərinin yekdil qərarına ilə 3 istiqamətdə – İqtisad elmləri, sosiologiya və sənətşünaslıq istiqamətlərində müdafiə şuralarının təşkilindən ötrü Ali Attestasiya Komissiyasına müraciət göndərilib.

Eyni zamanda şura üzvlərinin yekdil rəyi bizə əsas verir ki, elmi tədqiqat işlərini xarici tərəfdaş univesitetlərlə qarşılıqlı şəraitdə aparaq.Anar Eminov nüfuzlu elmi nəşrlərdə dərc olunacaq sanballı elmi məqalələrin ATMU tərəfindən mükafatlandırılması təklifinin müsbət qarşılandığını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə