Rabatda ISESCO-nun 13-cü konfransı keçirilir FOTO

Mərakeş Krallığının Rabat şəhərində İSESKO Baş Konfransının 13-cü sessiyası davam edir. Sessiyada iştirak məqsədilə mədəniyyət naziri Əbülfəs Qarayev Mərakeşdə səfərdədir. Qeyd edək ki, ölkəmiz sessiyada təşkilatın 12-ci Baş Konfransının sədri qismində iştirak edir.

SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, sessiya çərçivəsində Azərbaycanda həm onlayn həm də offlayn olaraq konsertlərə, teatrlara, idman və əyləncə tədbirlərinə bilet satışını həyata keçirən “iTicket.az” saytının təqdimatı keçirilb.

“iTicket.az” - 2016-cı ildən etibarən öz fəaliyyətinə başlamışdır. Bakı şəhərində 20-yə yaxın satış nöqtəsi “iTicket.az”ın idarəçiliyi altında fəaliyyət göstərir. iTicket.az IV İslam Həmrəyliyi Oyunları, 2017 və 2018 Formula 1 Azərbaycan Qran-Pri yarışları, 2017 Voleybol üzrə qadınlararası Avropa Çempionatı, UEFA Çempionlar Liqasının qrup mərhələsi, Bakıda velosiped idmanının “BMX Racing” növü üzrə 2018-ci il dünya çempionatı, ЖАРА'18 musiqi festivalı və AFFA kimi tədbirlərin rəsmi əməkdaşı və bilet satışı üzrə təchizatçısıdır. iTicket.az bilet alışı prosesinin daha səmərəli və rahat etmək üçün öz məhsul və xidmətlərini təkmilləşdirmək üçün çalışır.

Qeyd edək ki, Azərbaycan 2015-ci ilin noyabr ayından etibarən İSESKO Baş Konfransına sədrlik edir və cari ildə ölkəmizin sədrliyi başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...