Bakıda estrada sənətinin diplomlu sinfi açılacaq FOTOLAR

Bakıda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin tərkibində uşaq estrada sənəti sinfi açılacaq. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, Azərbaycanda yeganə diplomlu uşaq estrada sənəti sinfinin (UESS) yerləşdiyi məktəbdə olub.

Məktəbə gələn hər bir kəs incə sədalar altında Qarayev dövrünə daxil olur. Təmiz koridorlarda müşahidə kameraları quraşdırılıb, məktəbə baş çəkənləri isə mühafizə xidmətinin əməkdaşları qarşılayır.

Siniflərdə xeyirxah müəllimləri və istedadlı, drijor yerişli, səliqəli geyinmiş uşaqları görmək olar.

“Ölkədə estrada vokal-instrumental bölməsinin açılmasına çoxdan ehtiyac var, çünki uşaqlar klassik musiqi ilə yanaşı, estrada musiqisinə də yiyələnsinlər, - müxbirimizlə söhbətində Azərbaycan Respublikasının əməkdar artisti, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli deyib. - Hazırda Azərbaycanda bu sahədə bir boşluq yaranıb. Ölkədəki müğənnilərin əksəriyyətinin musiqi diplomu yoxdur, səhnədə davranışla bağlı adi qaydaları bilmirlər.

Məhz bu boşluğu doldurmaq üçün yeni bölmə yaratmaq qərarına gəldik. Yeni dərsliklər nəşr ediləcək, adlı-sanlı müəllimlər və koordinatorlar cəlb olunub”.

Beləliklə, bu ideya böyük tələb nəticəsində yaranıb. İnsanlar istəyirdilər, ancaq təkliflər olmurdu.

UESS-in art-direktoru, “We are talents” layihəsinin müəllifi və rejissoru Fidan Mir-Qədirova – bu böyük enerjili gənc, cazibədar qadın onun üzərinə düşən hər şeyi hərəkətə gətirir.

Fidanda musiqiyə sevgi musiqi məktəbində təhsil aldığı dövrdə meydana çıxıb. Daha sonra tale Fidanı sənətdən uzaqlaşdırır, o, uzun müddət paytaxtdakı nəhəng şirkətlərdə çalışır. Bir müddət əvvəl Mir-Qədirova ibtidai sinfin başa çatması ilə bağlı keçirilən mədəniyyət tədbirlərinin təşkilatçılığını üzərinə götürmək qərarına gəlib.

O, hər uşaqda öz fərdi istedadını açmağa çalışırdı və işlər başladı.

Bütün yerləri dolmuş zal bu zərif qadının qısamüddətli təşkilatçılığı zamanı nələr etdiyini görəndə duyğuları saxlamaq çətin idi.

“Bu tədbirdən sonra valideynlər mənə yaxınlaşır, zəng edirdilər. Hər kəs məndən onların uşaqlarına estrada sənəti üzrə dərs keçməyimi istəyirdilər”, - Mir-Qədirova deyib.

Onun sözlərinə görə, doğru və cəlbedici nəsə yaratmaq lazım idi.

“Onda mən və bizim bədii rəhbərimiz, “1000yearsrecords” studiyasının direktoru Emil Minyaşev uşaq estrada sənəti sinfinin yaradılması üzrə işlərə başladıq. Bu gün bizim peşəkar müəllimlərdən və ulduz məsləhətçilərdən ibarət heyətimiz var”, - müsahibimiz bildirib.

Ulduz (icraçı) heyət

Layihənin bədii rəhbəri – Emil Minyaşev;

Musiqi nəzəriyyəsi müəllimi – Konservatoriyanın müəllimi, fəlsəfə doktoru Elmira Pənahova;

Ümumi fortepiano sinfi üzrə müəllim – Azərbaycanın əməkdar heykəltəraşı Münəvvər Rzayevanın yeganə qızı, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin fortepiano bölməsinin rəhbəri, bəstəkar Zemfira Mir-Qədirova;

Səhnə ustalığı üzrə məsləhətçi – “Şərq Ulduzları” uşaq ansamblında Vaqif Gərayzadənin böyük məktəbini keçən, Azərbaycanın ilk “progressive metal” qruplarından biri olan “Midnight”ın fortmeni Mikayıl Rəfiyev;

Vokal müəllimi – Humay Süleymanbəyli;

Vokal üzrə baş məsləhətçi – İtaliya Vokal Akademiyasının məzunu, Benyamin Cilo adına festivalın Qran-Prisinin qalibi, Azərbaycanda ilk rok-operası olan “Səyyah Sindibad”ın müəllifi Rizvan Sadırxanov;

Estrada vokalı üzrə məsləhətçilər – Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Nərgiz Kərimova, Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə.

Məqsəd

Bu sinifdə uşaqlarınıza səhnə obrazı, estrada vokalı, müasir üslub, səhnə mədəniyyəti öyrədiləcək, onlar ansambl, musiqi əsasları, estrada alətləri dərsləri alacaqlar, ən başlıcası, onlarda yüksək estetik zövq yaranacaq.

“Ən başlıca məqsəd ölkəmizdə estrada sənətinin səviyyəsini qaldırmağa çalışmaqdır, - art-direktor bildirib. - Bu gün müasir estradamızda vəziyyət acınacaqlı olduğundan uşaqlarda musiqi zövqü tamamilə pozulub. Məhz bu səbəbdən UESS komandası seçimə başlayıb.

Qeyd etmək istərdik ki, uşaqlarla məşğələlər ən müasir metodikalar üzrə aparılacaq, bununla da onların maraq və istəklərini yaratmaq niyyətindəyik. Hər bir şagirdin fərdi tədris proqramı olacaq. Hər üç aydan bir məktəbin böyük konsert zalında şagirdlərin hesabat çıxışları, hər il şəhərimizin seçilmiş səhnələrində qala-konsertləri olacaq”, - müsahibimiz əlavə edib.

Uşaq estrada sənəti sinfində oxuyacaq uşaqlar beynəlxalq səhnələrə çıxmaq imkanı qazanacaqlar. Sistemli olaraq uşaqlar beynəlxalq müsabiqələrdə iştirak edəcəklər.

Qeyd edək ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xoru müntəzəm şəkildə müxtəlif ölkələrdəki festivallarda iştirak edir.

Bir sözlə, uşaq etrada sənəti sinfi uşaqlarınızın mədəni, əqli və yaradıcılıq gələcəyi üçün təminat verir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...