Azərbaycan musiqisinin üç korifeyinə ithaf edilmiş konsert

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artistləri - görkəmli bəstəkarlar Qara Qarayevin 100, Arif Məlikovun 85 illiyinə, habelə Xəyyam Mirzəzadənin xatirəsinə həsr edilmiş konsert proqramı təqdim olunub. SİA-nın məlumatına görə, konsert Mədəniyyət Nazirliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə hər üç bəstəkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri haqqında ətraflı məlumat verilib.

Gecədə Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Solisti Maksim Vengerov olan konsertdə Arif Məlikovun "Metamorfozlar" simfonik poeması, Xəyyam Mirzəzadənin II simfoniyası ("Triptix") və Qara Qarayevin skripka və orkestr üçün konserti (üç hissədə) səsləndirilib.

Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin izlədiyi konsert maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə